Siu | |
---|---|
Yer | Şimali Dakota, Minnesota, Nebraska, Montana, Kanada, Cənubi Dakota |
Əhalisi | 150,000-dən çox |
Dili | ingilis dili, Siu dili |
Dini | Xristianlıq(zorla qəbul etdirilmişdir), ənənəvi dinlər |
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.